8 nəfər bütün tapşırıqları 100% nəticə ilə həll edib - "PASHA Bank Cup" yarışması

İT sahəsində çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş "PASHA Bank Cup" yarışmasının ilk təsnifat mərhələsi uğurla başa çatıb.

 

Yarışmaya qatılan 163 nəfər ilk müsabiqənin mövzusu olan Kodlaşdırma tətbiqi (Implementation) üzrə öz güclərini sınayıb. İştırakçılardan 8 nəfər verilən bütün tapşırıqları 100% nəticə ilə həll edib:

 

- Barış Namazov
- Əziz Hüseynov
- Asiman Ağayev
- Nurlan Sofiyev
- Rəşad Məmmədov
- Nihat Əliyev
- Murad Eynizadə
- Kamran Əsgərov

 

Qeyd etmək lazımdır ki, yüksək nəticələr göstərən proqramçılar yaxın zamanda PAŞA Bankın Rəqəmsal Labaratoriyasını ziyarət etmək üçün dəvət olunacaqlar.

 

"PASHA Bank Cup" yarışmasının Məlumat strukturları (Data structures) mövzusunda ikinci təsnifat mərhələsi 17-20 oktyabr 2019-cu il tarixləri arasında keçiriləcək. Odur ki, ilk mərhələyə qatıla bilməyən proqramçılar ikinci mərhələdə öz bacarıqlarını nümayiş etdirməklə finala çıxma şansını əldə edə bilər. İkinci mərhələyə qeydiyyat barədə məlumat əlavə olaraq bildiriləcək.

 

Yarışma ilə bağlı yaranan suallara cavab almaq, PAŞA Bankın Rəqəmsal Laboratoriyasının proqram təminatı mühəndisləri ilə əlaqə yaratmaq, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələrdə iştirak etmək istəyənlər Slack kanalına da qoşula bilər.

 

Yarışma haqqında ətraflı məlumat: https://www.pashabank.az/press_centre,1445/lang,az/

3 Oktyabr 2019 , 14:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin