Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya: Neftə tələb azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya: Neftə tələb azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın Energetika naziri Aleksandr Novak, qlobal iqtisadiyyatdakı ləngimə səbəbindən neft tələbinin düşdüyünü bildirərək, "Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb",- deyib.
 

"Marja" xəbər verir ki, Novak, Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində təşkil olunan "Qeyri-sabit Bir Dünyada Enerji Asılılığını Qorumaq" adlı sessiyada neft bazarlarındakı proseslər ilə bağlı çıxış edib. 
 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan neft istehsalçıları olaraq bazarda bir böhran vəziyyəti görmədiklərinə işarə edən Novak, "Ancaq bazarda böhran vəziyyəti olarsa, neft hasilatını artırıb və ya azaldıb müdaxilə edə bilərik. Son 3 ildir ki, belə edirik və bu bazarların tənzimlənməsinə kömək olur",- deyib.
 

Novak, qlobal iqtisadi inkişafın 2019-da 3 faiz ətrafında olmasının gözlədiyini dilə gətirərək, "Ticarət müharibələri səbəbindən ABŞ, Avropa Birliyi və Çində baş verən iqtisadi yavaşlama neft tələbinə mənfi təsir edir. Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb",- deyib.
 

Neft qiymətlərinin ən çox ABŞ-ın neft ehtiyatlarına dair statistik məlumatlardan "əziyyət çəkdiyini" qeyd edən Novak, "Əlbəttə ki, ABŞ dünyanın neft ehtiyatının sahibi deyil, ancaq bazar bundan təsirlənir", - ifadəsini istifadə edib.

03.10.2019 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ