Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bazarlarda bitki yağı qiymətləri qalxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda bitki yağı qiymətləri qalxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal ərzaq (qida) qiymətləri sentyabrda aylıq müqayisədə dəyişməyib, illik müqayisədə isə 3,3 faiz yüksəlib.
 

"Marja" xəbər ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsi qiymətlərinin və ticarətinin izlənməsilə ölçülən Ərzaq Qiymətləri İndeksi, sentyabrda əvvəlki ayla müqayisədə dəyişməyib və 170 bənd səviyyəsində qalıb. İndeks, ötən ilin eyni ayına nisbətən isə 3,3% artıb.
 

Reklam_3_11

Qlobal ərzaq qiymətləri, bu dövrdə bitki mənşəli yağ və ət qiymətlərində baş verən artım və şəkər qiymətinin aşağı düşməsilə tarazlanıb.
 

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymətləri İndeksi sentyabrda əvvəlki ayla müqayisədə dəyişiklik göstərməyib. Taxıl qiymətlərinin stabil qalmasına buğda qiymətlərindəki artımın qarğıdalı qiymətlərinin aşağı düşməsilə tarazlanması səbəb olub.
 

Bitki Yağı Qiymətləri İndeksi sentyabrda əvvəlki aya nisbətən 1,4% artıb və 13 ayın ən yüksək səviyyəsinə çatıb. Ət Qiymətləri İndeksi də bu dövrdə aylıq müqayisədə 0,8 faiz yüksəlib.
 

Şəkər Qiymətləri İndeksi sentyabrda bir əvvəlki aya nisbətən 3,9 faiz, Süd Qiymətləri İndeksi də eyni dövrdə 0,6 faiz azalıb.

04.10.2019 05:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ