Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın “Ən Güvənli Bank”ı seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Məşhur "Global Finance" jurnalı 2019-cu il üçün dünyanın 110 ölkəsində ən güvənli və təhlükəsiz bankların siyahısını müəyyən edib.

 

Reklam_3_11

Keçirilən sorğu nəticəsində "Kapital Bank" Azərbaycanın “Ən Güvənli Bank”ı (“The Safest Bank in Azerbaijan for 2019”) adına layiq görülüb. Bu barədə "Kapital Bank"dan "Marja"ya  daxil olmuş məlumatda deyilir. 

 

Məlumatda qeyd edilib ki, banklar Moody’s, Standard & Poor’s və Fitch Ratings kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər. Sorğuda Qərbi, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika, Latın Amerikası, Yaxın Şərq, Asiya, Avstraliya və Afrika ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.

 

Artıq 20 ildən çoxdur ki, "Global Finance" jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanır. Siyahının tərtib edilməsində əsas məqsəd ölkələr üzrə ən təhlükəsiz bankları müəyyən etmək və maliyyə qurumlarına gələcəkdə əməkdaşlıq üçün dayanıqlı tərəfdaşın seçilməsində yardım göstərməkdir.

 

Qeyd edək ki, bu ilin əvvəli Kapital Bank bu ilin əvvəli Global Finance jurnalı tərəfindən “Ən yaxşı ticarət maliyyəçisi” (“Best Trade Finance Providers”) mükafatına layiq görülüb.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.  

04.10.2019 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ