Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"8 kilometrlik dəmir yolu problemi həll edib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"8 kilometrlik dəmir yolu problemi həll edib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranın subtropik meyvələri Azərbaycandan keçməklə Rusiyaya ixrac ediləcək


 

Reklam_3_11

Bir neçə gündən sonra İranın Gilan vilayətindəki bağlardan subtropik meyvələrin yığımı və ixracı başlayacaq.

 

Bu barədə məlumatı İranın Fermerlər Birliyinin Gilan vilayəti üzrə təmsilçisi Əli Dədrcani verib. O bildirib ki, Gilan vilayətinin coğrafi vəziyyəti əlverişli olduğu üçün yığılan məhsulun ixracı asandır. Bu vilayət Azərbaycan Respublikası ilə həmsərhəddir və subtropik meyvələr Azərbaycan ərazisindən keçməklə Rusiyaya ixrac ediləcək. Cari ildə İranın Talış, Astara və Rudbar bölgələrinin bağlarında 180 min ton kivi yetişdirilib. Bu məhsulun 90 faizi Rusiyaya göndəriləcək.

 

Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra İranın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artıb. Dəmir yolu çəkilməmişdən öncə İran ixrac əməliyyatlarını yük maşınları ilə həyata keçirirdi. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olurdu. Meyvə tez xarab olan məhsul olduğu üçün bazara tez çatdırılması lazımdır. İran və Azərbaycanı birləşdirən 8 kilometrlik dəmir yolu istismara buraxıldıqdan sonra bu problem aradan qalxıb. İranın Astara gömrüyündən keçməklə məhsul ixracının artması Azərbaycanın tranzit gəlirlərinin də artmasına səbəb olur.

 

Gələcəkdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu tam istifadəyə verildikdən sonra İranın digər vilayətlərindən, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya ixrac olunan yüklər də məhz Azərbaycan ərazisindən keçməklə daşınacaq. Hələlik isə yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol istismara verildikdən sonra Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

07.10.2019 05:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ