Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzFinance 100 000 manat limit ayırdı" - GƏNC SAHİBKARLARA MÜJDƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzFinance 100 000 manat limit ayırdı" - GƏNC SAHİBKARLARA MÜJDƏ

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib. Müsabiqə gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Azərbaycanın “AzFinance” İnvestisiya Şirkəti müsabiqədə diqqəti cəlb edəcək startaplara investisiya yatırmağa hazırdır.

 

“AzFinance” İnvestisiya Şirkətinin Direktor müavini İntiqam Səfərəliyev, “AzFinance olaraq müsabiqədə perspektivinə inanacağımız “startup”lara investisiya etməyi düşünürük. Bunun üçün 100 000 manat limit ayırmışıq”,- deyə bildirib.

 

Qeyd edək ki, "AzFinans" İnvestisiya şirkəti, "Khazar Venture" və "SUP.az" şirkətləri Müsabiqənin investisiya tərəfdaşları dır. Bu şirkətlərin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaqlar.

 

www.yenifikir.az veb səhifəsindən istifadə etməklə layihələri qeydiyyatdan keçirmək olar.

 

"YFM 2017" aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:

 

Layihələrin "online" qeydiyyatı  - 10 Mart 2017 - 20 Aprel 2017

Layihələrin "online" qiymətləndirilməsi  - 25 Aprel 2017 - 05 May 2017

Yarımfinalçıların elan olunması - 06 May 2017

Yarım Final Proqramının keçirilməsi  - 20 May 2017 tarixinə kimi

Final və Mükafatlandırma Proqramlarının keçirilməsi - 15 İyun 2017 tarixinə kimi

28.03.2017 09:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ