Ən yuxarı (mobil)_30

Avro yenidən ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro yenidən ucuzlaşa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq valyuta birjalarında avro, funt sterlinq və lirə və hətta qızıl üzrə satış, neftdə isə bahalaşma proqnozları gündəmdədir.


 

Reklam_3_11

EUR

Amerika ilə Avropa Birliyi (AB) arasında da ticarət böhranın növbəti gərgin səviyyəyə yüksəlməsi, Avrozonada iqtisadi gözləntilərə mənfi təsir etməklə yanaşı, EUR/USD məzənnəsi üzrə satış proqnozlarını da artırır. Təhlillər məzənnənin 1.08$-a düşəcəyini ehtimal etməyə əsas verir. 

 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.10$-ın altında qaldıqca, 1.08$-a kimi də ucuzlaşa bilər.

 

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın xarici ticarətinə və saat 16:30-da ABŞ-dan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental məlumatlar da bu həftə önəmli rol oynayacaqdır. 

 

GBP

İngiltərə hökümətinin oktyabrın 31-də planlaşdırdığı Breksit üzrə AB ilə sazişin razılaşdırılması üçün verdiyi təkliflərin qəbul edilməməsi də iqtisadi riskləri artırır. Bu, avro ilə yanaşı funt sterlinqə də mənfi təsir etməkdədir. Sazişsiz Breksitdən sonra yarana biləcək iqtisadi xaos haqqında artıq hökümət xəbərdarlıq sənədi paylaşıb. Beləliklə, GBP/USD məzənnəsinin 1.24$-ın altında qaldıqca, 1.22$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

 

Cümə axşamı saat 12:30-da İngiltərənin iqtisadi inkişafı və sənaye sektoru ilə bağlı açıqlanan fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 

 

TRY

USD/TRY məzənnəsi 5.68TL-də güclü dəstək görməkdədir və bu səviyyənin üzərində qaldıqca, yenidən 5.76TL-yə kimi bahalaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır. Cümə günü saat 11:00-da isə Türkiyədən xarici əməliyyatlar balansı ilə bağlı dərc ediləcən fundamental göstərici də məzənnəyə güclü təsir edəcəkdir. 

 

OIL

Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son iki ticarət günüdür bahalaşır və 62$-a kimi də dəyər qazana bilər. Bahalaşmaya səbəb İraqın neft hasilatı regionlarında iğtişaşların artması və Amerikanın neft qurğularının sayında azalmadır. 

 

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

ABŞ və Çin arasında ticarət böhranına dair son zamanlar müsbət xəbərlərin yayılması, əlvan metallar bazarlarında da qızıl qiymətinin 1519$-da (48.9 $/qram) müqavimətlə rastlaşmasına səbəb olub. Bir unsiya üzrə qiymət sözügedən səviyyənin altında qaldıqca, yenidən avqust ayının minimumlarına doğru ucuzlaşa bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

07.10.2019 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ