Küləkli hava ilə bağlı yeni məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə müşahidə olunan və gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib.
Küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 m/s-yə çatıb.
Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə küləyin maksimal sürəti 16-22 m/s təşkil edir, dalğanın hündürlüyü 3 metrədək yüksəlib.
Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin 25-30 m/s, bəzi yerlərdə isə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti 15-20 m/s, arabir 23 m/s olacaq, səhər isə mülayimləşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
-
10 d. əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 19 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
43 d. əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 50 d. əvvəl
-
53 d. əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək
-
1 saat əvvəl
Təmir və quraşdırma şirkəti ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın polad istehsalı zavodunun xalis mənfəəti 3 dəfədən çox azalıb
- 1 saat əvvəl