Azərbaycana yeni Baş nazir təyin edilir - MİLLİ MƏCLİS RAZILIQ VERDİ

12:20 - Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib.

 

İclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

 

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

 

09:58  XXX

 

Əli Əsədov Baş Nazir vəzifəsinə təyin ediləcək.
 

Məlumata görə, "Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ" Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.

 

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Əli Əsədov — Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir. 

 

8 Oktyabr 2019 , 12:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin