Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Əlavə işçi qəbuluna görə Gürcüstanda zərərə düşdük”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əlavə işçi qəbuluna görə Gürcüstanda zərərə düşdük”

“PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının 2019-cu ilin 1-ci yarısındakı xalis zərəri yeni işçilərin qəbulu ilə bağlıdır".

 

Reklam_3_11

Bunu “Marja”ya "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.

 

““PAŞA Bank Gürcüstan” bazar payını artırmağa çalışır. Bu hədəf çərçivəsində 2019-cu ilin birinci yarısında əlavə 188 nəfər işə qəbul edilib. Əməkhaqqı xərclərinin artması ilə əlaqədar olaraq törəmə bankımızın zərəri yarandı. İndi yeni kollektivin vəzifəsi portfeli artıraraq gəlirləri qaldırmaqdır”,- Bəhruz Nağıyev deyib.

 

Qeyd edək ki, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “PAŞA Bank Gürcüstan” böyüməsinə və gəlirlərinin artmasına baxmayaraq həmin dövrü 2 milyon 298 min manat xalis zərər ilə başa vurub. 30 İyun 2018-ci il tarixi ilə müqayisədə “PAŞA Bank Gürcüstan”ın cəmi aktivləri 21% artaraq 30 İyun 2019-cu il tarixində 246 milyon 11 min manata çatıb. Bankın kredit portfeli isə 38% artaraq 141 milyon 418 min manata yüksəlib.  

 

"PAŞA Bank"ın Türkiyədə törəmə bankı olan "PAŞA Yatrım Bankası" isə 2019-cu ilin 1-ci yarısını 3 milyon 977 min manat xalis mənfəət ilə bağlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə "PAŞA Yatrım Bankası"nın xalis mənfəəti 44% azalıb. 

 

Türkiyədəki gəlirliliyin azalmasına toxunan İdarə Heyətinin üzvü əlavə edib ki, bu, Türkiyə bazarındakı volatilliklə əlaqədardır. Bu isə lirənin məzənnəsində dəyişkənliyə səbəb olub və bank bazarına təsir edib.

08.10.2019 10:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ