Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Böyük Britaniya vətəndaşı “Azərkosmos”da yüksək vəzifəyə təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya vətəndaşı “Azərkosmos”da yüksək vəzifəyə təyin olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniya vətəndaşı Mark Qutriye “Azərcosmos” ASC-nin baş kommersiya direktoru vəzifəsinə təyin olunub.

 

Reklam_3_11

Bu barədə şirkətin açıqlamasında bildirilir.

 

Məlumatda deyilir ki, M.Qutriye karyerasına İngiltərənin telekommunikasiya və peyk rabitəsi bazarında lider olan “British Telecom” şirkətində başlayıb. Daha sonra Avropanın aparıcı peyk operatoru “SES” şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. M. Qutriye fəaliyyətini “SES” şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən “KVH” qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra “KVH” şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

 

Mark Qutriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O, həmçinin, İngiltərənin Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

 

Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə yüksək təcrübəyə malik olan Mark Qutriye həm regional, həm də beynəlxalq səviyyədə “Azərkosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

 

Mark Qutriye bu ilin oktyabr ayından etibarən “Azərkosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb.

08.10.2019 16:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ