Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Qlobal iqtisadiyyat İsveçrə iqtisadiyyatının böyüklüyü qədər itirəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qlobal iqtisadiyyat İsveçrə iqtisadiyyatının böyüklüyü qədər itirəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni rəhbəri Kristalina Georgieva, 1 Oktyabrda BVF sədri olaraq vəzifəyə başlamasından sonra ilk qiymətləndirməsini BVF-Dünya Bankının İllik Toplantıları öncəsi Vaşinqtonda edib.
 

"Marja" xəbər verir ki, BVF-nin yeni rəhbəri çıxışında ticarət münaqişələrinin qlobal iqtisadiyyat üzərindəki təsirinə dair xəbərdarlıqlar edib.
 

Ticarət müharibələrinin qazananının olmayacağını vurğulayan Georgieva, "Ticarət münaqişələrinin qlobal iqtisadiyyata təsiri 2020-ci ildə 700 milyard dollar həcmində azalma və ya qlobal ümumi daxili məhsulun (ÜDM) 0,8%-inin itirilməsi ola bilər. Bu təxminən İsveçrə iqtisadiyyatının böyüklüyü qədərdir",- deyib. 
 

Georgieva, bu il dünya iqtisadiyyatların təxminən 90%-ndə daha yavaş artım gözlədiklərini qeyd edərək, qlobal iqtisadiyyatın artan ticarət ixtilafları səbəbindən "sinxronizə ləngimə" ilə qarşı-qarşıya olduğunu deyib.
 

Çıxışında dünyada artan özəl sektor borcuna da toxunan Georgieva, "Yeni proqnozumuz, böyük bir iqtisadi geriləmə olsa, defolt riski altında olan özəl sektor borcunun 19 trilyon dollara yüksələcəyini və ya səkkiz böyük iqtisadiyyatdakı ümumi borcun 40%-nə çata biləcəyini göstərir. Bu, maliyyə böhranı dövründə görülən səviyyələrin üzərindədir",- deyib.

 

Kiçik iqtisadiyyatlar qəfil kapital çıxışlarına məruz qala bilirlər


Bir çox inkişaf etmiş iqtisadiyyatda faiz nisbətlərinin çox aşağı və ya mənfi olmasının mərkəzi banklara məhdud bir manevr sahəsi verdiyini bildirən Georgieva, aşağı faiz nisbətlərinin, investorların inkişaf etməkdə olan bazarlarda daha yüksək gəlir axtarmasına səbəb olduğunu və bunun da bir çox kiçik iqtisadiyyatın qəfil kapital çıxışlarına məruz qalmasına səbəb olduğunu qeyd edib.
 

Davamlı qlobal ticarət üçün birlikdə çalışmaq çağırışı

 

Ölkələrin əqli mülkiyyət haqları və texnologiya transferi kimi qanuni kommersiya məsələlərini müzakirə etməsi lazım olduğunu bildirən Georgieva, dövlətləri qlobal ticarətin davamlılığı üçün birlikdə çalışmağa çağırıb.
 

Sentyabrın 25-də BVF-nin Müşahidə Şurası BVF sədri vəzifəsinə bolqar əsilli Kristalina Georgievanın seçildiyini bildirmişdi. Georgieva vəzifəsinin icrasına Oktyabrın 1-də başlayıb.

09.10.2019 06:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ