Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti 22 ton fındıq ləpəsinə müştəri tapdı - MÜQAVİLƏ İMZALANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti 22 ton fındıq ləpəsinə müştəri tapdı - MÜQAVİLƏ İMZALANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın Köln şəhərində təşkil edilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

 

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.

 

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

 

Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.

 

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.

 

“Anuga 2019” beynəlxalq ərzaq sərgisi oktyabrın 9-dək davam edəcək

09.10.2019 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ