Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

FED sədrinin açıqlamaları dolların bahalaşmasına səbəb olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED sədrinin açıqlamaları dolların bahalaşmasına səbəb olub

FED sədrinin açıqlamaları dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub.


 

FED büdcə balansını artırmaq istəyir

 

Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povelin büdcə balansını yenidən genişləndirə biləcəyini açıqlaması dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4% bahalaşmasına səbəb olub. 

 

Bununla yanaşı, cümə axşamı başlayacaq Amerika ilə Çin arasında ticarət böhranı danışıqları fonunda da mövcud risklər də ticarət aktivliyinə mənfi təsir etməkdədir. 

 

Beləliklə, Asiya sessiyasının minimum səviyyələrində ticarət edilən dolların qiymətləri, Amerika sessiyasının maksmimumunu yenidən qırarsa,bahalaşma daha da güclənə bilər. 

 

Neft qiymətlərinə dəstək olacaq amillər yaranıb

 

Treyderlərin diqqət mərkəzində olan digər maliyyə aləti neft fyuçersləridir. Amerikanın neft ehtiyatlarında və boru qurğularında azalma proqnozları, qiymətlərə də dəstək olmaqdadır. 

 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 18:30-da Amerikadan dərc ediləcək neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar böyük maraqla gözlənilməkdədir. Məlumatlar öncəsi isə Avropanın Brent nefti 57$ üzərində ticarət edilir və bir barel üzrə qiymət bu səviyyənin üzərində qaldıqca, 62$-a kimi davam edə biləcək artım dalğası proqnozlaşdırılır. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

09.10.2019 07:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ