Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Dividend ödənişi bankın özəlləşdirilməsi ilə bağlı deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dividend ödənişi bankın özəlləşdirilməsi ilə bağlı deyil”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.

 

Bunu  açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

 

“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, - deyə o, qeyd edib.

 

Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: "Buna səhmdarlar qərar verəcəklər".

 

A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.

 

Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2018-ci ilin maliyyə hesabatının təsdiq edilməsi, 2018-cı ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi, 2019-cu ilin 9 ayı üzrə Bankın maliyyə hesabatının nəzərdən keçirilməsi, “Aqrarkredit” BOKT QSC-yə ötürülməsi nəzərdə tutulan, lakin ötürülməyən problemli aktivlərin Bankın balansından silinməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağının əsasnaməsinin təsdiq edilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə investisiya şirkətinin yaradılması, Bankın səhmdarlarının səhmlərinin Bank tərəfindən geri alınması və digər məsələlər daxildir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report"

09.10.2019 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ