Miqrantlara verilən iş icazəsindən əldə olunan gəlir açıqlandı

"Hər il əməkçi miqrantların sayı ilə bağlı xüsusi komissiya tərəfindən kvota müəyyən edilir. Bu il Azərbaycan üçün müəyyən edilən kvota 6815 nəfərdir".

 

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

 

Onun sözlərinə görə, hazırda bu kvotanın 70 faizi dolub: "Bu il təxminən 4500 nəfər əməkçi miqrant icazə üçün müraciət edib və rəsmi iş icazəsi alıb. Amma iş icazəsi tələb olmadan da işləyən kateqoriya da var. Məsələn, Azərbaycan vətəndaşı ilə nigahda olan əcnəbi, 5 illik daimi yaşama icazəsi olan şəxslər də iş icazəsi olmadan işləyə bilərlər".

 

DMX sədri bu il təxminən 4,5 mln. Manatlıq büdcə gəliri əldə edildiyini də deyib: "Bir illik iş icazəsinin dövlət rüsumu 1000 manatdır. Yəni 5000 nəfərə iş icazəsi verilibsə 1000 manat vurulsun 5000 nəfər. Büdcə gəlirləri məhz bu şəkildə qurulur".

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report”

9 Oktyabr 2019 , 10:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin