Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Ziraat Bank Azərbaycan”da xarici valyutadakı əmənətlər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ziraat Bank Azərbaycan”da xarici valyutadakı əmənətlər artıb

“Ziraat Bank Azərbaycan” ASC-də əhalinin əmanətləri artıb.

 

“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 3 milyon 251 min manat artaraq 42 milyon 500 min manata çatıb. Ötən ilin sonunda fiziki şəxslərin müddətli depozitləri 39 milyon 249 min manat təşkil etmişdi. Fiziki şəxslərin müddətli depozitlərinin böyük hissəsi (86%-i) xarici valyutadadır. Cari ilin 9 ayı ərzində fiziki şəxslərin xarici valyutadakı müddətli depozitləri 2 milyon 536 min manat artaraq  36 milyon 599 min manata yüksəlib.

 

2018-ci ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri 850 min manat azalaraq 8 milyon 670 min manata düşüb. Hüquqi şəxslərin müddətli depozitlərinin 100 faizi xarici valyutadadır.

 

cari ilin 9 ay ərzində "Ziraat Bank Azərbaycan"da fiziki şəxslərin tələbli depozitləri isə 3 milyon 412 min manat artaraq 12 milyon 528 min manata yüksəlib.

 

Ümumən, 31 Sentyabr 2019-cu il tarixində “Ziraat Bank Azərbaycan” ASC-nin depozit portfeli 79 milyon 332 min manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi depozit portfeli 1 milyon 118 min manat azalıb. Azalma hüquqi şəxslərin tələbli depozitlərinin azalması ilə bağlıdır.

 

Cəmi depozitlərin 12 milyon 528 min manatını fiziki şəxslərin tələbli depozitləri, 16 milyon 383 min manatını hüquqi şəxslərin tələbli depozitləri, 50 milyon 420 min manatını fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.

 

“Ziraat Bank Azərbaycan” ASC-nin 30 Sentyabr 2019-cu il və 31 Deakbr 2018-ci il tarixlərinə depozit portfeli 

09.10.2019 13:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ