Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

Gələn ilin yayından Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlanıla bilər. 

 

Pakstan mətbuatı xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.

 

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC və Pakistanın milli aviadaşıyıcısı arasında danışıqlar aparılır. 

 

“Birbaşa uçuşlar başlayan kimi Turizm Şurası Pakistanın turizm idarəsilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir”, - deyə o əlavə edib. 

 

Təyyarə uçuşlarının Bakı ilə Pakistanın Kəraçi və Lahor şəhərləri arasında həyata keçiriləcəyi gözlənilir. 

 

Qeyd edək ki, hazırda Azərbaycanın Turizm Bürosu Kəraçidə keçirilən və sabah başa çatacaq “Pakistan Travel Mart” sərgisində iştirak edir. 

 

2018-ci ildə Azərbaycana Pakistandan 41 268 nəfər, bu ilin 8 ayında isə 28 576 nəfər (ötən ilin eyni dövrünə nisbətən 12,9% çox) pakistanlı turist gəlib.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Report” 

9 Oktyabr 2019 , 19:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin