Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp: Obama Türkiyənin ölümcül düşməni PKK ilə anlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Obama Türkiyənin ölümcül düşməni PKK ilə anlaşıb

ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın Türkiyənin ölümcül düşməni olan PKK ilə anlaşdığını bildirib.
 

"Marja" xəbər verir ki, Ağ Evdə açıqlamalar verən Donald Tramp, YPG üçün bilavasitə PKK ifadəsini istifadə edərək, "Barak Obama dövründə olduğu kimi Türkiyənin ölümcül düşməni olan PKK ilə ortaqlıq etdiyimiz zaman, bu son dərəcə çətin bir vəziyyət olur. Onlar uzun illərdir bir-birindən nifrət edirlər",- deyib.
 
 
Suriya ilə bağlı qərarının doğru olduğunu qeyd edən Tramp, "Artıq bu sonu gəlməz müharibəni bitirməyin vaxtı gəlmişdir", -ifadəsini istifadə edib.
 
 
 Tramp, ABŞ-ın Orta Şərqdəki mövcudluğunu "ən pis xəta" kimi səciyyələndirib. 
 

Reklam_3_11

 
"Türkiyə bunu (ABŞ-ın bölgədən əsgərini çıxarmasını) uzun illərdir istəyir. Onlar bir-birilə (Türkiyə və PKK) illərdir vuruşur. Biz bu müharibənin ortasına olmuşuq. Bunun yalnız 30 gün davam etməsi lazım idi, amma illərdir buradayıq. İndi tərəflərlə danışaraq oradan çıxmaq vaxtıdır",- Tramp əlavə edib.
 

Tramp, "Artıq sonu gəlməyən müharibələrdən çıxırıq",- deyib. 

 

İŞİD AÇIQLAMASI

 

ABŞ-ın bir çox İŞİD əməkdaşını da tutduğuna qeyd edən Tramp, "Kürdlər bu İŞİD mənsublarına göz qulaq olurlar, onlar olmasa Türkiyə göz qulaq olacaq. Türkiyədə ən azı bizim qədər bunların çöldə gəzməsini istəmir", ifadələrini istifadə etdi.
 

Tramp Türkiyənin iqtisadiyyatına dair daha əvvəlki təhdidlərini də davam etdirib: "Bunu daha əvvəl Keşiş Branson hadisəsində etdim. Ərdoğanın orada (Suriyanın Şimal-şərqində) ağıllı davranacağına əminəm, elə ümid edirəm".

10.10.2019 07:39

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ