Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın neft hasilatında yeni rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft hasilatında yeni rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da xam neft istehsalında keçən həftə rekord qırılıb


 

Reklam_3_11

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 200 min barel artıb.

 

"Marja" xəbər verir ki, beləliklə, 29 Sentyabr - 4 Oktyabr həftəsində dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-da, 12,6 milyon barrellə gündəlik istehsalda yeni bir rekord qırılıb. 


 
ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatı sonuncu dəfə 17-23 Avqust həftəsində 12,5 milyon barrelə çatmışdı.
 

XAM NEFT EHTİYATLARI ARTIB
 

EIA, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 2,9 milyon barrel (0,7 faiz) artaraq 425,6 milyon barrelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 3,1 milyon barel artım qeyd etmişdi.

 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,2 milyon barrel geriləyərək 644,6 milyon barrelə düşüb. 
 

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,2 milyon barrel (0,5 faiz) azalaraq 228,8 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,25 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barel azalmışdı.

10.10.2019 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ