Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Made in Azerbaijan” brendi artıq dünyaya yayılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Made in Azerbaijan” brendi artıq dünyaya yayılıb"

"Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır.

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.

 

Dövlətimizin başçısı çıxışına belə davam edib:

 

"İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır.

 

Prezident vurğulayıb ki, sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar:

 

"Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndələrinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik.

 

Bir sözlə, artıq keçən il ərzində pambıqçılıqda əldə edilən müsbət təcrübə gələcəyə nikbinliklə baxmaq üçün böyük əsas verir. Bugünkü müşavirədə pambıqçılığın inkişafı ilə bağlı önəmli məsələlər müzakirə ediləcək. Əminəm ki, bu gün start verdiyimiz səpin kampaniyası uğurla başa çatacaq və biz bol məhsul əldə edəcəyik".

28.03.2017 13:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ