Almaniyada iflas edən şirkətlərin sayı artıb

Avropanın lokomotiv ölkəsi Almaniyada iflas edən şirkətlərin sayı, bu ilin iyul ayında 2018-in eyni dövrünə nisbətən 0,2 faiz artaraq 1644 olub.
 

"Marja" xəbər verir ki, Almaniya Federal Statistika Komitəsindən (Destatis) verilən məlumata görə, ölkədə bu ilin iyul ayında 1644 şirkət iflasını açıqlayıb. İflaslar, 2018-in eyni dövrü ilə müqayisədə 0,2% artıb.
 

Almaniyada həmin dövrdə ən çox iflas tikinti sektorunda baş verib: 295 iflas. Digər ən çox iflaslar 253 iflas müraciəti ilə motorlu nəqliyyat vasitəsilərinə servis, 185 müraciət ilə yerləşdirmə və qida xidmətləri sektorunda olub. 
 

Şirkətlərin iflas tələbi ilə bağlı borclulara ödənilməsi nəzərdə tutulan borc, iyulda təxminən 2,8 milyard avro təşkil edib. Sözügedən borc, 2018-in iyul ayında təxminən 1,1 milyard avro idi.

10 Oktyabr 2019 , 13:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin