Azərbaycan şərabı Litvada satılacaq
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Prowein" sərgisində nümayiş olunub.
Nazirliyin mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, 130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi "Prowein" sərgisində Azərbaycan məhsulları böyük maraqla qarşılanıb.
Təsadüfi deyildir ki, "Prowein"in internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi buraxılış yayımlanıb.
"Made in Azerbaijan" vahid ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsullarımız barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş olunub, ölkəmiz haqqında müxtəlif çap materialları paylanıb.
Sərgi çərçivəsində Litvada şərab məhsullarının distribüterliyi ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək.
Qeyd edək ki, "Prowein" sərgisində müsabiqə əsasında seçilmiş 9 Azərbaycan şirkəti iştirak edib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə hazırlanmış "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq dövlət tərəfindən qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl