OPEC-in xam neft istehsalı Sentyabrda azalıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı Sentyabrda Avqust ayı ilə müqayisədə 1 milyon 318 min barrel azalaraq təxminən 28 milyon 490 min barrelə düşüb.
 

"Marja" xəbər verir ki, OPEC-in Sentyabr göstəricilərinə dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı əvvəlki ay ilə müqayisədə gündəlik 1,77 milyon barrel azalaraq təxminən 97 milyon 320 min barrelə enib.
 

Sentyabrda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 450 min barrel azalaraq 68 milyon 830 min barel olub.
 

OPEC-in gündəlik xam neft hasilatı Sentyabrda bir əvvəlki aya nisbətən 1 milyon 318 min barrel azalaraq 28 milyon 490 min barrelə enib. Bu dövrdə OPEC-in qlobal neft hasilatı içindəki payı 29,3% təşkil edib.
 

Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox Liviya, Anqola və Konqoda artıb. Liviyada gündəlik hasilat 104 min barel artımla 1 milyon 164 min barelə yüksəlib. Anqolada gündəlik xam neft hasilatı 24 min barrel artaraq 1 milyon 411 min barelə, Konqo 14 min barel artımla 335 min barrelə qalxıb.
 

Sentyabrda OPEC daxilində gündəlik neft istehsalında ən böyük azalma Səudiyyə Ərəbistanı, Venesuela və İraqda baş verib. Səudiyyə Ərəbistanında gündəlik hasilat 1 milyon 280 min barrel geriləyərək 8 milyon 564 min, Venesuelada 82 min barel azalaraq 724 min, İraqda isə 60 min barrel azalma ilə 4 milyon 724 min barrelə enib.
 
 
OPEC-ə görə qlobal neft tələbi bu il 99 milyon 800 min barrel olacaq. OPEC-in 2020-ci il üçün neft tələbatı gözləntisi isə 100 milyon 880 min barrel olaraq qeyd edilib.

10 Oktyabr 2019 , 16:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin