Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“SOCAR-ın “Petkim”ə investisiyaları 1 milyard dollara çatıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR-ın “Petkim”ə investisiyaları 1 milyard dollara çatıb”

“Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür”.

 

Bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, hazırda Türkiyənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir: “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər il “Petkim”ə təxminən 100 milyon dollar sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi məbləği 1 milyard dollara çatıb”.

 

A.Məmmədob əlaə edib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsulu kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı istifadə edir: “Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon Türk Lirəsi məbləğində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi şirkət bütün dövrlərin ən böyük məhsuldarlıq nümayiş etdirib və istehsal rekorduna imza atmışdır. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon lirəyə çatıb”.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Report”

10.10.2019 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ