Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan biznesmenləri Bryanska səfər edəcəklər

Azərbaycan biznesmenləri biznes missiya ilə Rusiyanın Bryansk vilayətində olacaqlar.

 

Bryansk vilayətinin İdxalın Dəstəklənməsi Mərkəzindən bildiriblər ki, səfərdən məqsəd azərbaycanlı biznesmenlərin işgüzar tərəfdaşlar tapmasıdır. 

 

Burada keçiriləcək görüşlərdə əməkdaşlığın müxtəlif variantları ətrafında fikir mübadiləsi aparılacaq. 

 

Oktyabrın 21-də Bryanskda keçiriləcək görüşdə iqtisadi inkişaf üzrə regional departamentin əməkdaşları da iştirak edəcəklər. Həmin gün işgüzar danışıqların aparılacağı Rusiya-Azərbaycan əlaqələri birjasının da açılışı olacaq. 

 

Artıq Azərbaycanın iki böyük ticarət şəbəkəsi – “Spar” və “Araz” həmin görüşlərdə iştiraklarını təsdiq ediblər.

 

Xatırladaq ki, avqustda Bryansk şirkətləri Azərbaycanda keçirilən analoji işgüzar missiyada iştirak ediblər.

10.10.2019 15:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ