Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rusiyaya məhsul ixrac edənlərə şad xəbər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyaya məhsul ixrac edənlərə şad xəbər

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində DGK-nın Xaçmaz Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib. 

 

Reklam_3_11

Bu barədə   DGK-dan məlumat verilib.

 

Məlumatda deyilir ki, görüşdə ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

 

Görüşdə son günlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi və müvafiq ekspert rəylərinin yubadılması qarşı tərəfin diqqətinə çatdırılıb və bildirilib ki, daşıdıqları yüklərə dair ekspertiza sənədləri adı ilə nəqliyyat vasitələrinin saxlanılması əlavə xərclərə, məhsulların sıradan çıxmasına, təyinat məntəqəsinə vaxtında çatmamasına səbəb olur.

 

Rusiya nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandıracaqlarını, bundan başqa, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçirilməsi məqsədilə bu sahədə ixtisaslaşmış ekspertlərin sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaqlarını diqqətə çatdırıblar.

 

Açıqlamada deyilir ki, tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

28.03.2017 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ