Nazir zəlzələ bölgəsində ev tikintisindəki son vəziyyəti açıqladı

Bu il sentyabrın 30-dək zəlzələ bölgəsində qəzalı evlərin əvəzinə 327 fərdi evin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. 206 fərdi evin tikintisi davam edir və bu ilin noyabr ayında başa çatacaq.

 

Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantıda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10 min 608 fərdi yaşayış evi müayinə olunub ki, bu da ümumi təsərrüfatların 17 faizinə bərabərdir. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı olduğu, 1988-nin bərpaya, 4826-nın təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu müəyyən edilib. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

 

Bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə yaxın mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70 faizə qədəri yerli əhalidən ibarətdir.

10 Oktyabr 2019 , 18:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin