Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank yeni kart məhsulunu təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank yeni kart məhsulunu təqdim etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı" müştərilərin arzularını tamamlayan çoxfunksiyalı "Tamkart" məhsulunu təqdim edib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, oktyabrın 10-da “Fairmont Baku” otelində bank menecmentinin, tərəfdaşların, müştərilərin, media nümayəndələrinin iştirakı ilə "Tamkart"ın təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə məlumat verilib.

 

"Tamkart"ın əsas özəlliyi onun özündə eyni anda iki kartı -  debet və kredit kartlarını birləşdirən dual kart olmasıdır.

 

"Tamkart" sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

 

"Tamkart" məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik "Tamkart"ı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, "Tamkart" debet vasitəsilə "Azərbaycan Beynəlxalq Bankı"na məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

 

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkart əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər.

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İnnovativlik, müasir bankçılıq həllərinin tətbiqi, ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına dəstək bu gün bizim əsas strateji hədəflərimizdəndir. Son dövrlər bu sahədə bir sıra nailiyyətlərimiz olub. "Tamkart" məhsulunu müştərilərimizin istifadəsinə verməyimiz də bu nailiyyətlərin davamıdır. Ümid edirik ki, bu müştəriyönümlü məhsulumuzun üstünlüklərindən hər kəs faydalana biləcək”.

 

11.10.2019 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ