Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sentyabrda Azərbaycanı rekord sayda xarici vətəndaş ziyarət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sentyabrda Azərbaycanı rekord sayda xarici vətəndaş ziyarət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Turizm Agentliyi sentyabrda Azərbaycanı rekord sayda qonaq ziyarət etdiyini bildirir


 

2019-cu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8% çox xarici vətəndaş deməkdir. 

 

Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir ki, 280 min nəfər xarici qonaq ən yüksək aylıq saydır. 

 

Məlumatda qeyd edilib ki, ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13% çoxu Gürcüstanın, 5.3 min və ya 8% çoxu Rusiyanın payına düşür.

 

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231.8% artım deməkdir.


Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1% və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.

 

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% artaraq 2.4 milyona çatıb.

 

Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94.5 min və ya 21.7% olub.

11.10.2019 10:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ