Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Marketin aylıq dövriyyəsi 7-8 milyon olsa da, 4 milyon kimi göstərilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Marketin aylıq dövriyyəsi 7-8 milyon olsa da, 4 milyon kimi göstərilib"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

 

Hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Quliyev sərbəst ifadə verib.

 

O, özünü qismən təqsirli bildiyini söyləyib. S.Quliyev “Bizim Market” şəbəkəsinin maliyyə işlərinə nəzarət edərkən vergidən yayınma hallarının oldğunu da ifadə edib: "Şəbəkəyə 10 market daxil olub. Marketin aylıq dövriyyəsi 7-8 milyon olsa da, 4 milyon kimi göstərilib".

 

S.Quliyev “Bizim Market” şəbəkəsinin bank hesabından 2 milyondan artıq pul götürdüyünü də etiraf edib. O, istintaq zamanı 200 min və 60 min dolları geri ödədiyini bildirib: "Rasim Salmanovun çirkli əməllərini görüb bunu özümə rəva bildim".

 

Məhkəmə prosesi hazırda davam edir.

 

Qeyd edək ki, S.Quliyev və H.Quliyeva “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, hər iki şəxs onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Ötən il fevral ayının 3-də Xətai Rayon Məhkəməsində S.Quliyev və onun anası barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

 

Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfəf uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

28.03.2017 16:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ