Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“METAK" investorlara təklif ediləcək - SAZİŞ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“METAK" investorlara təklif ediləcək  - SAZİŞ İMZALANDI

“METAK MMC” kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb edəcək. Bu səhmlərin ilkin kütləvi təklifi (İPO) şəkilndə də ola bilər.

 

Reklam_3_11

METAK MMC Bakı Fond Birjasının təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur.

 

"Marja" xəbər verir ki, bu münasibətlə, 28.03.207-ci il tarixində BFB-də BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və METAK MMC-nin icraçı direktoru Aydın Kərimov tərəfindən “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulma haqqında saziş imzalanmışdır.

 

Sazişə əsasən “METAK” MMC kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LAP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir. Hazırda şirkətin LAP çərçivəsində Azərbaycan kapital bazarlarından maliyyələşmə üzrə yol xəritəsi hazırlanır.

 

LAP-na qoşulma haqqında saziş imzalandıqdan sonra, METAK MMC Bakı Fond Birjasında ticarətin başlanmasını simvolizə edən növbəti açılış zənginin iştirakçısı olmuşdur.

 

BFB-nin Listinq Məsləhət Proqramı 2014-cü ildən etibarən həyata keçirilir. Proqramın məqsədi kapital bazarı vasitəsi ilə maliyyələşməni təşviq etmək, LAP tərəfdaşları ilə birgə şirkətlərə bu sahədə zəruri maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr istiqmətində məlumat – məsləhət xidmətləri göstərməkdir. LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LAP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.

 

BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

 

METAK MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir. Şirkətin ümumilikdə 2500-ə yaxın məhsul çeşidi mövcuddur.

28.03.2017 16:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ