Ən yuxarı (mobil)-2_30

"Bank of Baku" restrukturizasiya etdiyi problemli kreditlərin məbləğini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank of Baku" restrukturizasiya etdiyi problemli kreditlərin məbləğini açıqladı

Ölkənin aparıcı banklarından olan "Bank of Baku", “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmana əsasən, 15.05.2019-cu il tarixindən etibarən problemli kreditlərin restrukturizasiyası prosesinə başlayıb.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, qeyd olunan tarixdən bu günədək "Bank of Baku"da 25.000 nəfərdən çox müştərinin vaxtı keçmiş kredit borcları üzrə ümumilikdə 57 milyon manatdan çox vəsait restrukturizasiya edilmişdir. Bu restrukturizasiya portfelinin məbləğ üzrə təqribən 50%-nin, müştəri sayı üzrə təqribən 38%-nin icra edilməsi deməkdir.

 

Restrukturizasiya prosesi zamanı 01.01.2012 – 28.02.2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01.03.2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslər güzəştli şərtlərdən yararlanıblar.

 

Belə ki, restrukturizasiya zamanı müştərilərin kredit müqavilələri illik 1%-lə, 5 il müddətinə və KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir. Yeni müqavilə şərtlərinə əsasən, müştərilər ilk 12 ayın ödənişlərindən azad olunaraq sadəcə faiz borcunu ödəyə bilərlər.

 

Hal-hazırda "Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı müştərilərinin xidmətindədir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials

 

Vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı sizi maraqlandıran suallara Bankın 145 Məlumat Mərkəzinə zəng edərək cavab tapa bilərsiniz.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

11.10.2019 14:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ