Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hyundai ilk elektrikli yarış avtomobilin extensiv testlərinə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai ilk elektrikli yarış avtomobilin extensiv testlərinə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Bir neçə ay öncə maraqla gözlənilən və Hyundai Motors şirkətinin ilk EV yarış avtomobili nəhayət ki, Frankfurt İAA 2019 sərgisində təqdim edilib.  Mütəxəsislər Veloster N ETCR modelinin 2020-ci ildə yarış pistlərində rəqiblərinə meydan oxuyacağını bildiriblər.

 

Reklam_3_11

FIA WTCR və TCR Avropa kalendarına müvafiq olaraq test yürüşlərinin tarixi artıq müəyyən edilib. Yoxlanışın əsas elelanməntləri kimi orta və maksimal hərəkət zamanı enerji istismarı faktorunun müəyyən edilməsi, manevrlilik və gözlənilməz situasiyalar zamanı texniki olaraq avtomobilin reaksiya müddəti müəyyən edilib. Hyundai şirkəti i30 N TCR modelinin təcrübəsi əsasında eyni güc və dayanıqlılıqda ETCR kateqoriyasında avtomobil yaratmış olduğunu iddialı şəkildə rəqiblərə sübut etmək istəyir. Bir sıra mütəxəsislər bu gedişi istehsalçının güc nümayişi kimi qiymətləndirilər. Onlar öz fikirlərini Macarıstanda edilmiş pist testlərlə əsaslandırmağa çalışırlar.

 

Belə ki, Veloster N ETCR 2 gün ərzində Macarıstanda yerləşən yürüş halqasında 48 saatlıq fasiləsiz testlərə tabe tutuldu. Şirkət nümayəndələri test proqramının şirkətin Almaniyanın Alzenau qərargahında hazırlandığını və plana əsasən daha extensiv testlərin növbəti ayalarda da davam etdiriləcəyi barədə məlumat veriblər.

 

Qeyd edək ki, TCR öz texniki reqlamnetini hələ 2015-ci ilə elan etmişdi. Həmin vaxtdan etibarən bu reqlament dünyadakı demək olar ki, bütün federasiya və avtomobil istehsalçıları  tərəfindən birmənalı qəbul edilərək standart halında tətbiq edilməyə başlanmışdı. Cənubi Koreya istehsalçısının Hyundai Motorsport Customer Raceing bölməsinə də məhz həmin zamanda mərkəzi qərargahdan ciddi büdcələrlə təmin edilməyə başlandı.  2018-ci ildə qəbul olunan qərara əsaən TCR özün elektrik kateqoriyası üzrə ilk ETCR yarışını 2020-ci ildə keçirəcək.

12.10.2019 07:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ