Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın  rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.


“Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumatda bildirilir ki, Cəmiyyətin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar,  tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub,  Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi təkcə iştirakşı ölkələrin deyil, eləc də digər region ölkələrinin inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Reklam_3_11


 Görüşdə Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. 
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr  genişlənir.

 

Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq.


Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb. 

12.10.2019 11:11

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ