Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandakı internetin sürəti dünyadan çox geridə qalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı internetin sürəti dünyadan çox geridə qalır

Azərbaycan, hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir.



Böyük Britaniyanın "Cable" şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. "Marja" şirkətin hesabatına istinadən xəbər verir ki, Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir.

 

Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. 
 

Hesabata görə, Azərbaycan siyahəda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi. 

 

Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps)  dünya üzrə orta internet sürətindən də aşağıdır.   
 

Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır.  Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur. 

 

"Cable" şirkətinin hesabatı: "Worldwide broadband speed league 2019"

 

14.10.2019 05:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ