Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR Avstriyada biznesini genişləndirməkdə maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Avstriyada biznesini genişləndirməkdə maraqlıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şirkət  Avstriyada satın aldığı 80 YDM-i rebredinq edəcək


 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Rövnəq Abdullayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən bəhs etmiş, şirkətin Avstriyanın pərakəndə yanacaq satışı bazarında özünəməxsus yeri olan “A1” yanacaqdoldurma şəbəkəsini satın aldığını və 82 YDM-dən ikisinin artıq rebredinq edildiyini, qalanlarının da yaxın müddətdə rebredinq ediləcəyini bildirib. Şirkət prezidenti SOCAR-ın Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.

 

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt səmimi qəbul üçün təşəkkürünü bildirmiş, Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd etmişdir.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqlara Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını söyləmiş, xarici sərmayələrin qorunmasından danışmışdır. O, kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirmişdir.

14.10.2019 05:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ