Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PROKON” şirkəti “SOCAR-Uniper” ilə müqavilə imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PROKON” şirkəti “SOCAR-Uniper” ilə müqavilə imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Nobel Oil Services” şirkətinin törəmələrindən biri olan “PROKON” şirkəti "SOCAR-Uniper" ilə müqavilə imzalayıb.

 

Reklam_3_11

Müqaviləyə əsasən “PROKON” şirkəti ümumi tikinti və istismara vermə işlərini həyata keçirəcək və yeni buxar turbinlərinin inşası üçün tikinti materialların satınalması daxil olmaqla “SOCAR-Uniper” şirkətinin bütün tikinti işlərinə nəzarət edəcək.

 

Müqavilənin imzalanması polietilen zavodunun operatoru olan "Azərikimya" İB-i üçün elektrik təchizatının artmasına mühüm töhfə verəcək və “SOCAR-Uniper” şirkətinin Sumqayıtda yerləşən kimya kompleksində ümumi tikinti işlərində “PROKON” şirkətinin iştirakını təmin edəcək.

 

“Hazırda “SOCAR-Uniper” şirkətinin elektrik stansiyası iki buxar turbinindən istifadə edərək buxar və enerji istehsal edir. “PROKON” şirkəti elektrik istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək xüsusi hazırlanmış üçüncü buxar turbin qurğusu, eləcə də köməkçi infrastrukturu quraşdıracaq” - PROKON şirkətinin baş direktoru Azad Namazov qeyd edib.

 

"Layihənin həyata keçirilməsi Azərikimya İB-nin istehsalat obyektlərinin enerji səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayacaq" – deyərək o, əlavə edib.

 

Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin Azərbaycanda 2102-ci ildə tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi yaradılan “PROKON” qısa müddətdə tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. “PROKON” həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir və şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülüb.

 

“SOCAR-Uniper” enerji səmərəliliyini inkişaf etdirən və tətbiq edən bir şirkətdir.

14.10.2019 08:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ