Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Özbəkistan qarşılıqlı turist axınını artırmaq üçün razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Özbəkistan qarşılıqlı turist axınını artırmaq üçün razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində, Əməkdaşlıq haqqında Memorandum imzalayıblar. 

 

Reklam_3_11

Sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıblar.

 

Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşiliqli turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turist axınının təmin edilməsi məqsədi ilə turizm potensialının fəal təşviqi tədbirlərini nəzərdə tutur.

 

“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdar hadisədir. Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm Özbək turistləri üçün təşkil olunacaq tədbirlər bir mənalı şəkildə maraqlı olacaq, inanıram ki, bu tədbirlərin nəticəsi olaraq, qarşılıqlı turizm axınını təmin edə bilərik”, - bunu AZTA rəhbəri Nahid Bağırov deyib.

 

Qeyd edək ki, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin Azərbaycan tərəfdaşı “The Prime” şirkətidir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

15.10.2019 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ