Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubanın kəndində yaradılmış şirkət "Azərişıq"dan 19 milyon manatlıq sifariş aldı

"Azərişıq" ASC "Mal-materialların satın alınması" üzrə elan etdiyi növbəti tenderinin qalibini elan edib: "Qlobal-Elektro" MMC.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, 18 iyul 2019-cu il tarixində "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə müqavilə imzlayıb. Müqavilə müxtəlif kabellərin satın alınmasını nəzərdə tutur. Müqavilənin məbləği 18 milyon 774 min 346 mantdır. Bu tədarükçü məhsulun Azərbaycandakı istehsalçısı deyil.

 

"Qlobal-Elektro" MMC-nin hüquqi ünvanı Quba rayonunun Nugədi kəndidir. 10 manat kapitala malik şirkətin direktoru Nazim Quliyevdir.

 

"Qlobal-Elektro" MMC 2018-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.

 

"Azərişiq"  bu il Aprelində də "Qlobal-Elektro" MMC-dən 1 milyon 46,4 min manatlıq müxtəlif məhsullar satın alıb.

 

İndiyədək "Azərişıq" ASC "Qlobal-Elektro" MMC ilə ümumi məbləği 21 milyon 742 min manat olan 6 müqavilə imzalayıb.

 

"Azərişıq" "Qlobal-Elektro" MMC-dən ofis ləvazimatları, hətta avtomobil ehtiyat hissələri də satın alıb.

 

“QLOBAL-ELEKTRO” KABELLƏ BƏRABƏR PROQRAM TƏMİNATI DA SATIR

 

Sentyabr ayında da dövlət elektrik paylayıcı şirkəti "Azərişıq" "Qlobal-Elektro" MMC ilə iki müqavilə bağlayıb.

 

Müqavilələrə görə, "Qlobal-Elektro" MMC "Azərişıq" ASC-yə "İşə davamiyyət və giriş-çıxış nəzarəti" və "Satınalma və sifarişlərin idarə olunması" üçün proqram təminatları təqdim edəcək. Proqramların alınması 1 milyon 33.9 min manata (608.2 min ABŞ dolları) başa gələcək.

15.10.2019 10:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ