Bu gün Google yeni smartfonunu təqdim edəcək - CANLI İZLƏ

Bu gün yerli saatla 18:00-da Google yeni məhsulunu təqdim edəcək.


 

Google şirkəti Pixel adlı smartfonun 4-cü nəslini bu gün təqdim edərək telefonun funksionallığı ilə son günlərdə bazarda satış payını artıran markalara meydan oxuyacağı təxmin edilir.

 

Pixel 4  P-OLED ekrana və 5.7 inch (83.8 cm2) ekran ölçüsünə sahib olan Google smartfonlarının yaddaş tutumları 6GB/64GB və 6GB/128GB olacaq.

 

Mediaya sızan məlumata görə, Qualcomm Snapdragon 855 olan Pixel 4 həm standart, həm də XL versiyada olacaq. Dəqiq olan xüsusiyyətlərdən biri "admiral gəminin" Android 10 əməliyyat sistemi ilə təmin edilməsilə yanaşı həm də Motion Sense və Face Unlock özəlliklərinin olmasıdır.  Belə ki, bu özəlliklər sayəsində telefona gələn zəngləri və zəngli saatı idarə etmək, hansısa media fayllarını dəyişmək mümkün olacaq.

 

Google Pixel 4 smartfonunun təqdimat videosunda bu özəlliklər də təqdim edilib. Təqdimat videosunu izləmək üçün linkə keçid edə bilərsiniz: Google Pixel 4 təqdimat videosunu izlə

 

Google Pixel 4 smartfonunun batareya gücü 2800 mAh, Pixel 4 XL-də isə 3800 mAh olacağı və 5G şəbəkəsini dəstəkləyəcəyi bildirilir.

 

18:00-da başlayacaq təqdimatda Pixel 4 ilə yanaşı Google şirkətinin digər məhsullarını da təqdim ediləcəyi gözlənilir.

 

Qeyd olunan linkə keçid edərək Google Pixel 4  və digər Google məhsullarının təqdimatını canlı izləyə bilərsiniz:  Google yeni məhsul təqdimatını canlı izlə

 

“Marja.az” bu xəbəri Marcom Marketinq və Kommunikasiya şirkətinin dəstəyilə təqdim etdi.

15 Oktyabr 2019 , 15:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin