Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkətləri ixraca dair 40-a yaxın sənəd imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri ixraca dair 40-a yaxın sənəd imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda İşgüzar Görüş keçirilib. Tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, şərabçılıq, tütünçülük, heyvandarlıq, yun istehsalı, istixana təsərrüfatı, avtomobil istehsalı sahələrində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib. Belarus tərəfi tədbirdə analoji sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə təmsil olunub.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, işgüzar görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları, iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, Azərbaycan və Belarus iş adamları müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

 

Tədbir çərçivəsində Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və s. Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar.

17.12.2016 10:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ