Bu şirkətin də portfeli “Günay Sığorta”ya ötürülür

“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyəti “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin bağladığı və qüvvədə olan sığorta müqavilələrinin “Günay Sığorta” ASC-yə ötürülməsi barədə qərar qəbul etmişdir.

 

“Marja” xəbər verir ki, bu barədə “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin Ləğvetmə komissiyasının elanında deyilir.

 

Xəbər verdiyimiz kimi,  “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının 12 oktyabr 2016-cı il tarixdə keçirilən növbədənkənar ümumi yığıncağında “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilmişdir.

 

Qeyd edək ki, "Buta Sığorta" ASC-nin də aktiv portfeli "Günay Sığorta" ASC-yə ötürülmüşdü.

 

Ləğvetmə Komissiyası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə əsasən, bu haqda “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin sığortalılarını məlumatlandıraraq əlavə məlumata ehtiyac yarandığı təqdirdə komissiya ilə əlaqə saxlamağı tövsiyə edib: АZ1065, Bakı ş., C.Cabbarlı küç., 40C, "IIC Building" Tel: (99412) 596 22 02,  Faks: (99412) 596 22 12 e-mail: [email protected]

29 Mart 2017 , 07:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin