Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

1 illik dövlət istiqrazları 6.35%-lə yerləşdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 illik dövlət istiqrazları 6.35%-lə yerləşdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

15 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

 

Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846  AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 18 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500%), orta ölçülmüş qiyməti 94.0594 (6.3505%) müəyyən edilib. 

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 854 min 800 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.

 

İstiqrazların ödəmə tarixi  13 oktyabr 2020-ci  il.

 

Hərrac iştirakçıları 16 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

15.10.2019 14:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ