Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Çin şirkəti Azərbaycana gəmilər inşa etməyi təklif edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin şirkəti Azərbaycana gəmilər inşa etməyi təklif edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avstraliyanın “Incat Crowther”şirkətinin Texniki direktoru Andrew Tuite, Çinin “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.” şirkətinin nümayəndələri David Chen və  Ye Qiang “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) qonaq olublar.

 

ASCO sədri Rauf Vəliyev qonaqlara şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə məlumat verib. Bildirib ki, ASCO mütəmadi olaraq həm Nəqliyyat, həm də Neft Donanmasını yeniləyir. Bu zaman yerli gəmiqayırma sənayesinin imkanlarından istifadə ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıq edilir.

 

Sədr qeyd edib ki, Donanmaların yenilənməsi proqramı çərçivəsində növbəti illərdə alınması və istismara verilməsi planlaşdırılan gəmilərdə keyfiyyət standartlarının və müasir texnoloji nailiyyətlərin tətbiqinə xüsusi önəm verilir. Bu, rəqabətədavamlılıq baxımından olduqca vacibdir.

 

 “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.”-nin Baş meneceri David Chen və “Incat Crowther”in Texniki direktoru Andrew Tuite isə birgə təqdimatlarında əməkdaşlığın səmərəliliyinə toxunublar. Onlar gələcəkdə ASCO-nun tələbələrinə uyğun gəmilərin inşasının mümkün olduğunu bildiriblər.

 

Təqdimatda qeyd olunub ki, “Incat Crowther” dünyanın ən məşhur gəmi dizayn şirkətidir. Bugünədək 430-dən çox əsasən alüminium gövdəli müxtəlif tipli üzən vasitənin layihələndirilməsini həyata keçirib. “Incat Crowther”in dizayn etdiyi gəmilər etibarlılığı, uzunömürlülüyü və təhlükəsizliyi ilə seçilir.

 

“Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.” isə 1992-ci ildən fəaliyyət göstərir. Şirkət gəmilərin inşası və təmiri ilə məşğul olur. Çində alüminium gəmilərin ən böyük ixracatçısı sayılır.

 

Bu iki şirkət arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. Birgə əməkdaşlıq nəticəsində indiyədək 6 layihə çərçivəsində 10 gəmi hazırlanıb.

 

Rauf Vəliyev ASCO olaraq həm “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.”, həm də “Incat Crowther” ilə işbirliyinin faydalı olacağından əminliyini ifadə edib.

 

Qeyd edək ki, görüşdə ASCO-nun alyans tərəfdaşı “Caspian Marine Servises”in (CMS) nümayəndələri də iştirak edib. Görüş zamanı CMS-in öz donanmasını zənginləşdirmək məqsədilə sözügedən şirkətlərlə əməkdaşlıq məsələləri də müzakirə olunub.

15.10.2019 14:50

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ