Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnozlar

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf nəzərdə tutur. 

 

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.

 

Hesabata görə, ötən il ÜDM artımı 1% civarında olsa da 2024-cü ildə 2,4%-ə bərabər olacaq.

 

İstehlak qiymətlərinə gəldikdə isə IMF hesab edir ki, Azərbaycanda bu il 2,8%-lik, 2020-ci ildə isə 3%-lik, 2024-cü ildə isə 3%-lik inflyasiya qeydə alınacaq. Ötən il isə bu rəqəm 2,3%-ə bərabər olub.

 

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5%-ə səviyyəsində qeyd olunub.

 

Cari hesab balansı isə 2018-ci ildə 12,9% olduğu halda bu il 9,7%, 2020-ci ildə 10%-ə, 2024-cü ildə isə 7,6%-ə bərabər olacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report"

15 Oktyabr 2019 , 18:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin