Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın quşçuluq şirkətinin üçdə biri satışa çıxarılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın quşçuluq şirkətinin üçdə biri satışa çıxarılacaq

“İsmayıllı Quşçuluq” ASC-nin nominal dəyəri 351 min manat olan səhmləri satışa çıxarılacaq. Səhmləri əldə edən şəxs ASC-nin 28%-nə nəzarət edə biləcək.

 

Reklam_3_11

“Marja” ASC-nin elanına istinadən xəbər verir ki, “İsmayıllı Quşçuluq” ASC-nin 175509 ədəd adi, sənədsiz, adlı səhmi 2019-cu il noyabrın 5-də Bakı Fond Birjası QSC-də satışa çıxarılacaqdır. Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə (ünvan: Bakı şəhəri, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31, Babək Plaza, 7-ci mərtəbə, əlaqə telefonu +994(12) 488-05-88) və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

 

31 Dekabr 2018-ci il tarixində “İsmayıllı Quşçuluq” 1 milyon 893 min manat cəmi aktivlərə, 1 milyon 257 min 202 manat cəmi kapitala malik olub. Ötən il 5745 manat cəmi gəlir əldə edən şirkət ili 210 manat xalis mənfəət ilə başa vurub. 2017-ci ildə “İsmayıllı Quşçuluq” satışdan 103 min manat cəmi gəlir əldə etmişdi.

 

 “İsmayıllı Quşçuluq” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 628 601 səhm əsasında formalaşıb. Səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur. 

16.10.2019 05:04

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ