Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qeyri-sağlam qidalanmanın müalicə xərci təxminən iki trilyon dollardır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-sağlam qidalanmanın müalicə xərci təxminən iki trilyon dollardır

Dünya üzrə 670 milyondan artıq yetkin və 120 milyon uşaq köklüklə mübarizə aparır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Viorel Gutu bildirib. 

 

"Qeyri-sağlam qidalanmanın səbəb olduğu səhiyyə problemlərinin müalicəsi üçün ildə təxminən 2 trilyon dollar xərcləndiyi ehtimal edilir",- Viorel Gutu bildirib.


 
Qloballaşma, urbanizasiya və gəlir artımı nəticəsində qidalanma və yemək vərdişlərində dəyişikliklər baş verdiyini qeyd edən Gutu, artıq mövsümi tərəvəz və meyvə kimi məhsullar əvəzinə rafinə nişasta, şəkər, yağ, duz, işlənmiş ərzaq və heyvan mənşəli məhsulların istehlak edildiyini bildirib.
 


Gutu, insanların artıq evdə yemək hazırlamaq üçün daha az vaxt sərf etdiyinə işarə edərək, bunları qeyd edib:


 
"Şəhərlərdəki istehlakçılar supermarketlər, fast-food və paket xidməti göstərən restoranlara, küçədə satılan qidalara üstünlük verirlər. Qeyri-sağlam yemək vərdişi masa başı və hərəkətsiz həyat ilə birləşəndə köklük nisbətlərində parlaq bir artım müşahidə olunur. Köklük təkcə inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda aşağı gəlirli ölkələrdə də özünü göstərir. Bu gün dünya üzrə 670 milyondan artıq yetkin ilə 120 milyon uşaq köklüklə mübarizə edərkən, 800 milyondan çox insan isə aclıq çəkir".

16.10.2019 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ