Azərbaycanda yaxın 5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlanıb

Beynəlxalq Valyuta Fondu (IMF) "Global Economic Outlook" hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib.

 

Hesabatda Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar da yer alıb.

 

Fondun ekspertlərinin proqnozlarına görə, bu il Azərbaycanda 2,7 faizlik, 2020-ci ildə isə 2,1 faizlik iqtisadi inkişaf olacaq. Hesabata görə, ölkəmizdə ötən il ÜDM artımı 1 faiz civarında olsa da, 2024-cü ildə 2,4 faizə bərabər olacaq.

 

İstehlak qiymətlərinə gəldikdə isə IMF Azərbaycanda bu il 2,8, 2020-ci və 2024-cü illərdə isə 3 faizlik inflyasiya proqnozlaşdırır. Ötən il isə bu rəqəm 2,3 faizə bərabər olub.

 

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5 faiz səviyyəsində qeyd olunub. Cari hesab balansı isə 2018-ci ildə 12,9 faiz olduğu halda, bu il 9,7 faiz, 2020-ci ildə 10 faizə, 2024-cü ildə isə 7,6 faizə bərabər olacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Trend

16 Oktyabr 2019 , 10:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin