Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əmək müqavilələrinin sayındakı artım açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək müqavilələrinin sayındakı artım açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-sentyabr aylarında əmək müqavilələrinin sayı 126 min  artaraq 1 milyon 528 min 246 müqavilə təşkil edib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən bildirilib.

 

Yeni 126 min əmək müqaviləsinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektorunda bağlanıb.

 

Beləliklə, cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında  9 faizdən çox artım qeydə alınıb.

 

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəddir. Əmək müqaviləsi əsasında çalışmaq işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq və s. kimi hüquqlar verir. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

 

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım olub.

16.10.2019 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ